• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 14.12.2023 15:54

C.Bayramov: "Bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixi zirvədədir"

KepezTV Player

Bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixi zirvədədir. Bunu xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla keçirdiyi mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, 2023-cü ilin ilk on ayı ərzində Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7 milyard dollara yaxınlaşaraq 2022-ci ildəki rəqəmi 15 faiz üstələyib. Hazırda 4 minə yaxın Türkiyə investisiyalı şirkət Azərbaycanda fəaliyyət göstərir. iki nazir arasında görüşdə ikitərəfli münasibətlərə paralel olaraq, çoxtərəfli platformalarda, BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər formatlarda əməkdaşlıq barədə fikir mübadiləsi aparıldığı diqqətə çatdırılıb. Qonşu ölkələrin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlar da regionda layihələrin həyata keçirilməsində böyük önəm kəsb edir. Yaxın aylar ərzində üçtərəfli formatda bir neçə görüş keçiriləcəyi də vurğulanıb. Ermənistanla Azərbaycan arasında münasibələrin normallaşması istiqamətində tarixi imkan yarandığına da toxunulub. 

Hakan Fidan: "Azərbaycanın haqq mübarizəsində daim onun yanındayıq"

Türkiyə ilə Azərbaycan arasında sarsılmaz bağlar var. Azərbaycanın haqq mübarizəsində daim onun yanındayıq. Bunu isə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.