• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 14.12.2023 11:27

Məktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrə elektron sənəd qəbuluna start verilib

KepezTV Player

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Sənəd qəbulu mərhələsi 14-21 dekabr tarixlərini əhatə edəcək. Müsabiqədə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.