• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 13.12.2023 09:25

Füzuliyə növbəti köç karvanı yola salınıb

KepezTV Player

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan  ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakının Qaradağ rayonundan yola çıxıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb. Füzuli şəhərinə 358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib.