• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2060
— 08.12.2023 08:48

Müharibə cinayətləri törətmiş qondarma rejimin rəhbərləri həbsdə qalır

KepezTV Player

Ermənistana qaytarılması nəzərdə tutulan 32 hərbiçi artıq cəzalarının böyük hissəsini çəkiblər. Siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törədən qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz. Bu addım Prezident İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və prosesə heç bir üçüncü ölkə  vasitəçilik etməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər.