Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Əsrik-Cırdaxan kəndinin ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov edən kənd sakini saxlanılıb. Həmin şəxsdən qanunsuz ovladığı 2 ədəd çöl dovşanı və 1 ədəd ov tüfəngi aşkarlanıb. Faktla bağlı həmin şəxs barəsində inzibati protokol tərtib olunub.
Bundan başqa, şöbə əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, qanunsuz ov və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində 8 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.
- Baxış: 186