• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1912
— 06.12.2023 11:53

Ümumilikdə 114 min 400 hektar ərazi minalardan təmizlənib

KepezTV Player

Azərbaycan ərazilərinin mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə dünya ölkələri arasında ilk sıralarda yer alır. Bunu Minatəmizləmə Agentliyinin İdarə heyətinin sədri Vüqar Süleymanov deyib. "İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kv.km-ə yaxın ərazi çirklənib. 2020-ci ilin noyabr ayından bu günə qədər ümumilikdə 114 min 400 hektar ərazi təmizlənib. 110 347 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.