• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 05.12.2023 20:11

Çoxuşaqlı ailələr niyə getdikdə azalır?

KepezTV Player

Əhalinin son siyahıyaalınmasına nəzər salsaq görərik ki, son illər çoxuşaqlı ailələrin sayında azalma tendensiyası var. Əvvəllər 1 uşaqlı ailələr 25 faiz təşkil edirdisə, hazırda bu faiz 33-ə yüksəlib. 4 və daha artıq övladı olan ailələr isə azalaraq 9 faizə düşüb.

Səadət Əliyeva- valideyn: “İndiki zamanda uşağa baxmaq çətindir. Maddi duruma görə. Amma idarə edirik. Biz də istəyirik ki, valideyn olaraq uşağımıza yaxşı baxaq. Valideynlər deyir ki çətindir, 1 uşaq bəsdir. Amma böyüyəndə bir-birilərinə dayaqdırlar. Çox uşağın olması daha yaxşıdır”.

Baxmayaraq ki, ümumlikdə Azərbaycanda əhalinin artım tendensiyası var, ancaq çoxuşaqlı ailələrdə azalma davam edir.

Mütəxəssislər hesab edir ki, ailələrdə uşaqların sayının az olması hər nə qədər maddi problemlərlə əlaqələndirilsə də, əsas səbəb başqadır.

Şəhriyar Quliyev- sosioloq: “Biz əvvəl Avropada eşidirdiksə, hamı yeməyi çöldə, restoranlarda yeyir, bu gün artıq bu, Azərbaycana da gəlib. Artıq məişət birliyi pozulub. Bu gün evlərimiz böyüyüb, ancaq ailələrimiz kiçilib. Bunun əsas, ən ümdə səbəbi əvvəllər qərbdən eşidirdik ki, insanarın qayğı çəkmək istəyindən azad olmasıdır. İnsanlar hər şeyi asan istəyir. Belə bir düşüncə var ki, çoxuşaqlı ailənin çox da problemi var. Texnologiyanın inkişafı da buna təsir edir. Elə bir vəziyyət yaranıb ki, insanın içində daim yeniliyə, həyatını yüngülləşdirməyə bir həvəs, texnologiyanın inkişafına gətirib çıxarır, bu da insanları qayğıdan azad edir”.

Uşaqların və çoxuşaqlı ailələrin sayının azalmasının bir sıra səbəbləri mövcud olsa da, onların içərisində ən qabarıq olanı ailənin xərclərinin artması, xüsusilə də uşaqlara yönələn məsrəflərin çoxalmasıdır. İqtisadçılar hesab edir ki, çoxuşaqlı ailələr üçün nəzərdə tutulan dövlət qayğısı artsa, belə ailələrin sayında artım olar.

Rafiq Abbasov- iqtisadçı: “İnsanların yaşamasının əsasında onların təlabatı dayanır. Bir də onun ödənilməsi prinsipi dayanır. Bu tendensiyanın son dövrlərdə də çətinliyini hiss edərək, ailələrdə həm də müasir dövrü nəzərə alaraq və gələcəkdəki ödəmə məsələsini nəzərə alaraq görürük ki, problemlər var. İnsanlara müəyyən şəkildə qərarlarını dəyişdirmək zərurəti yaradır. Ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması birinci addım sayılır. Gəlirlərin artırılması daha yaxşı olar”.

Ötən ilin rəqəmlərinə görə, ölkəmizdə 5-dən çox uşağı olan ailələrin sayı 2500-ə yaxındır. Onların uşaqlarının sayı isə 10 mindən çoxdur. Belə ailələrə əlavə güzəştlər də tətbiq olunur. Müavinət hər bir uşağın 18 yaşı tamam olanadək ödənilir.

Aişə Rzayeva