Bu gün "Bayraqdar" Azərbaycan səmalarında onun təhlükəsizliyi üçün uçur. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O bildirib ki, "Kızılelma" da Azərbaycan səmalarında uçacaq. Səfir istənilən sahədə Azərbaycan və Türkiyə tərəfdaşlığının davam edəcəyindən də bəhs edib.
Cahit Bağçı- Türkiyənin Azərbaycandakı səfiri: “Türkiyə Şuşa Bəyannaməsinin Məqsədləri çərçivəsində Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafını və dərinləşməsini əsas götürüb. Bu baxımdan biz təkcə yollara, liman idarəsinə, əczaçılıq sənayesinə deyil, bildiyiniz kimi, “Baykar Technologi” Azərbaycanda da proqram təminatına sərmayə qoyur. Həm də gəlirlərimizi və investisiyalarımızı bütün sahələrdə şaxələndiririk. Bizim yalnız bir prioritetimiz var: Biz Türkiyənin Azərbaycanda insan resurslarının inkişafına və neft və qaz sənayesi ilə yanaşı, Azərbaycanın məqsədlərinə uyğun olaraq sektorların inkişafına öz töhfəmizi vermək istəyirik”.
Azad Mustafayev
- Baxış: 169