• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 878
— 04.12.2023 19:36

Baş Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı qanuni nümayəndələrə xəbərdarlıq edib

KepezTV Player

Baş Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı qanuni nümayəndələrə xəbərdarlıq edib. Qeyd olunub ki, uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlilliyin, ölümün səviyyəsinin azaldılması, uşaqların xəstəliklərdən qorunmasından ibarətdir. dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsi, həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsi, daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün 1 ay müddətində müraciət edilməməsini törədən müvafiq şəxslər barəsində xəbərdarlıq və ya cərimə növündə inzibati tənbeh tətbiq edilir. Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.