KepezTV Player
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 tədbiri çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub. Bərpa və yenidənqurma layihələri haqqında məlumat verilib, bu ərazilərdə yaşıl enerji, yaşıl kənd təsərrüfatı, habelə təbiətə dost olan texnologiyaların tətbiqi ilə karbon neytrallığının təmin edilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb. SOCAR-ın ekoloji fəaliyyətinə, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə əlaqədar hədəflərinə dair da məlumat verib. SOCAR 2050-ci ilə qədər “Xalis sıfır”a çatmağı hədəfləyir.
- Baxış: 124