KepezTV Player
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın azad edilmiş ərazilərində ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb. "COP28-də Prezidentin köməkçisi Hikmət Hacıyevlə birlikdə ölkəmizin qlobal iqlim dəyişikliyi hədəfləri barədə danışdıq. Azərbaycanın inklüziv inkişafı, yaşıl enerji ölkəsinə transformasiyası, işğaldan azad edilmiş ərazilərimizdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi və minatəmizləmə təşəbbüslərimizlə bağlı məlumat verdik", - deyə paylaşımda bildirilib. ***Azərbaycanın energetika naziri Pərviz Şahbazov da COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək.
- Baxış: 109