• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 01.12.2023 20:06

"100 ağac əkək” aksiyası keçirilib

KepezTV Player

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib. Aksiya Heydər Əliyevin 100 illiyi münasibətilə "100 ağac əkək” devizi altında reallaşıb. Şəhərin qərb tərəfdən giriş hissəsindəki ərazidə həyata keçilən ağacəkmədə təşkilatın rəhbərliyi, partiyaya üzv olan fəal gənclər iştirak ediblər. Ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, gənclər arasında ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə vermək məqsədilə baş tutan aksiyada əraziyə iqlim şəraitinə uyğun 200-ə yaxın Eldar şamı, çinar və dekorativ tuya ağacı əkilərək suvarılıb.

Orxan Cəfərzadə