• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 01.12.2023 15:52

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

KepezTV Player

“Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si kişi, 2810-u qadınlardır”. Ölkəmizdə ilk dəfə İnsanın immunçatışmazlığı virusu infeksiyasına yoluxma halı 1987-ci ildə aşkar edilib. Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs bu virusa yoluxa bilər.