KepezTV Player
"Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur". TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsindən verilən məlumata görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır. Beş yaşına qədər uşaqlar, 20 yaşdan yuxarı şəxslər risk qrupuna daxil olanlardır. Bildirilib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir. Hamilələr və yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir.
- Baxış: 199