Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də pavilyonla təmsil olunur. Milli pavilyon "İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq" mövzusunu əhatə edir. Konsepsiya Azərbaycanın zəngin flora və faunası üzərində qurulub. Burada Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində tədbirlər, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir. "Enerji keçidi", "Ətraf mühit xəritəsi", "Bərpa olunan enerji", "Ağıllı kənd" və digər bölmələr fəaliyyət göstərir. Pavilyondakı "Ağac ək" bölməsində isə Ermənistanın işğalı zamanı dağılam ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunur.
- Baxış: 219