KepezTV Player
Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Rayonun yadelli düşmən tapdağından qurtulmasından üç il ötür. 1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, 2020-ci il noyabrın 10-da imzalanan məlum üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb. Hazırda Laçında bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. İndiyədək Laçın şəhərinə 363 ailə, Zabux kəndinə isə 121 ailə köçürülüb.
- Baxış: 181