• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 30.11.2023 19:49

Qadın məşqçi ABŞ-da təlimdə olub

KepezTV Player

Məşqçi və hakimlərdən ibarət olan heyət 10 gün ərzində ABŞ-ın müxtəlif şəhərlərində idman zalları ilə tanış olub və daxili yarışları izləyiblər. Azərbaycan tarixinə ilk Beynəlxalq dərəcəli qadın hakim kimi düşən Sevinc Yusibova da okenanın o tayından heyətin tərkibində həm infrastrukturla tanış olub, həm də təcrübəsini artırıb. 

Sevinc Yusibova- beynəlxalq dərəcəli hakim: “Oklaxoma şəhərində olduq, idmanla bağlı müxtəlif ştatlarda olduq, yəni “Qız kimi güləş” proqramı ilə. Folkstyle yarışında iştirak elədik. Çox böyük, maraqlı, təntənəli konsert şəklində idi. Həmişə mənə maraqlı idi ki, bu amerikanlar güləşəndə necə olur ki, yorulmurlar. Siz demə, folkstayl üslubu ilə güləşirlərmiş - 7 dəqiqə dayanmadan. Xal hesablamaları da tam fərqlidir. Onu öyrəndik. Onu bildik və öz uşaqlarımız üzərində tətbiq edəcəyik”.

Eyni zamanda amerikalı idmançıların daha pozitiv olduğuna diqqət çəkib. Yaş fərqinə varmadan istənilən yaşda güləşi peşəkar şəkildə mənimsəmək istəyənlərə məhdudiyyət qoyulmadığını vurğulayıb.

Sevinc Yusibova- beynəlxalq dərəcəli hakim: “Orada biz öyrəndik ki, pozitiv olmaq lazımdır, bunu, özümə ən böyük dərs bildim. Biz həm öyrətdik, həm öyrəndik. Və öyrəndiklərimizi öz qızlarımıza, oğlanlarımıza öyrətməyə başlamışıq”.

Məşqçi səfər müddətində özü üçün ən yaddaqalan hadisələrdən də danışıb. Dünya Çempionu Con Smitlə görüş daha yaddaqalan olub. 

Sevinc Yusibova- beynəlxalq dərəcəli hakim: “Olimpiya çempionu Con Smitlə görüşdük. Kovboy oyunlarında. Orada bir maraqlı yarış oldu. O, ən böyük yaddaqalan hadisə oldu. Hətta oradan bir balaca suvenirim də var”.

Növbəti il isə amerikalı heyətin ölkəmizə gəlişi gözlənilir. Səfər aprel ayına planlaşdırılır.

Ramin Paşayev