KepezTV Player
"Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır". Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. Bildirilib ki, “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur. Qərbi Azərbaycan İcması hesab edir ki, Avropa İttifaqının Ermənistanı silahlandırması regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir. "Avropa İttifaqı Ermənistanın silahlandırılması, Cənubi Qafqaz regionuna geosiyasi rəqabətin gətirilməsi siyasətinə son qoymalıdır", - bəyanatda vurğulanıb.
- Baxış: 160