KepezTV Player
Azərbaycan ilə Ermənistan arasında danışıqların davamlı sülh sazişi ilə başa çatması və bu kontekstdə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması ilə bağlı məsələlər, eləcə də qeyri-regional amillərin bu məsələyə müdaxilə etmək cəhdləri dəyərləndirilib. Türkiyə Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcək. Bu fikirlər Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyənin Milli Təhlükəsizlik Şurasının növbəti iclasının bəyanatında yer alıb.
- Baxış: 140