KepezTV Player
Qızılca xəstəliyi ilə bağlı yaranan epidemioloji vəziyyətlə əlaqədar olaraq, qızılca peyvəndindən kənarda qalan uşaqların tibb müəssisələrində siyahısı hazırlanaraq, onların peyvəndə cəlb olunması davam edir. Qızılca peyvəndi uşaqlara 12 ayında və 6 yaşında vurulur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Azərbaycanda qrip əleyhinə vaksinasiyanın dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcəyi də vurğulanıb. Ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir.
- Baxış: 161