KepezTV Player
Prezident İlham Əliyev 33 kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə dövlət büdcəsindən 4,5 milyon manatın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı “Tərəqqi”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Prezident İlham Əliyev İldırım İmran oğlu Vəliyevin Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin şöbə müdiri təyin edilməsi barədə də sərəncam imzalayıb.
- Baxış: 156