• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 28.11.2023 09:18

4K zənglər üçün dünyanın ən kiçik veb-kamerası təqdim edilib

“Opal” şirkəti 4K ultra görüntü keyfiyyətli video çəkə və yayımlaya bilən yeni 48 meqapiksellik “Tadpole” veb-kamerasını təqdim edib. 

“Opal Tadpole” 30,5 x 30,5 mm kompakt ölçülərə və cəmi 45 q çəkiyə malikdir. Şirkət iddia edir ki, bu, indiyə qədər yaradılmış dünyanın ən kiçik veb-kamerasıdır. O, 48 meqapiksellik Sony IMX582 sensoru və aydın və parlaq təsvirləri təmin edən altı elementli f/1.8 obyektivlə təchiz edilib. Kamera daxili klipdən istifadə edərək asanlıqla istənilən noutbuka qoşulur və toxunmuş USB-C kabeli daşıma kəməri kimi ikiqat funksiyanı yerinə yetirir.

Bununla belə, “Opal Tapdole”un ən mühüm xüsusiyyəti onun süni intellektlə işləyən yönləndirici mikrofonudur ki, bu da insan səsini fon səs-küyündən və digər səslərdən ayırmağa qadirdir. Kmera yalnız işarə etdiyi obyektdən səs yazır və cihazın daxilində səs tunelinin effektini yaradır. Bundan əlavə, kamerada istifadə zamanı bir toxunuşla səsi yandırıb söndürməyə imkan verən “Tap to Mute” funksiyası var.

“Opal Tapdole” həm “Apple” kompüterləri, həm də “Windows” cihazları ilə uyğun gəlir.