• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 25.11.2023 16:22

İsraildə 42 fələstinlini azad etmək üçün hazırlıq işləri görülür

KepezTV Player

İsrailin həbsxanalar idarəsi HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində azad ediləcək 42 fələstinli məhbusun siyahısını alıb və onların azadlığa buraxılması üçün hazırlıqlara başlayıb.srail KİV-lərinin məlumatına görə, HƏMAS isə öz növbəsində bu gün 14 nəfər girovu azad edəcək. Noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 nəfəri İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib. Bundan başqa, razılaşma şərtlərinə daxil olmayan 11 nəfər xarici vətəndaş da həbsxanadan azadlığa buraxılıb.