KepezTV Player
Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib. Macarıstan XİN rəhbərinin də iştirak etdiyi tədbirdə kəndin Baş planı layihəsi haqqında məlumat verilib. Bildirilib ki, kənd Araz çayının sahilində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının saxlanma anbarları, qablaşdırma və toxuculuq sexi, iri və xırda buynuzlu heyvanların saxlandığı fermalar və digər müəssisələr üçün ərazilər nəzərdə tutulub. Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcəyi diqqətə çatdırılıb. 1-ci mərhələdə kəndə qayıdacaq 1336 sakinin yaşayışını təmin etmək məqsədilə 315 fərdi evin 78 hektar ərazidə tikiləcəyi vurğulanıb.
- Baxış: 191