• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2171
— 24.11.2023 12:12

Göygöl Milli Parkı ən çox ziyarət olunan parklar arasındadır

KepezTV Player

Azərbaycanın milli parklarına səfər edib, ekoloji turizmə önəm vermək son illər bir ənənəyə çevrilib. Bunun nəticəsidir ki, 2023-cü ilin ötən dövrü ərzində milli parkları 252 485 turist ziyarət edib.Bu barədə Ekologiya Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Ən çox ziyarətçi qəbul edən və ilk üçlükdə yer alan milli parklarımız arasında Göygöl Milli Parkı da var. Park Kəpəz dağı, Göygöl və Maralgöl gölləri ilə zövqləri oxşayaraq turistlərin diqqət mərkəzindədir. Ölkəmizdə 116 ekoloji turizm marşrutunu əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.