• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 24.11.2023 08:54

Bakıda SPECA-nın zirvə görüşü

KepezTV Player

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycanda işgüzar səfərdədir. Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək. Sammitdə Proqrama üzvü ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər. Xatırladaq ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Məqsəd üzv dövlətlər - Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan arasında əməkdaşlığın inkişafı, dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib.