• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2289
— 24.11.2023 08:49

Ticarət obyektində yanğın baş verib

KepezTV Player

Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verib. Obyektin taxta konstruksiya və ondulin dam örtüyündən ibarət mansardı 220 kv.m sahədə yanıb. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə edilib. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb. TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində ümumilikdə 6 nəfər xəsarət alıb. Zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib.