• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2286
— 23.11.2023 20:25

Cihazqayırma zavodunun ərazisində yanğın hadisəsi baş verib

KepezTV Player

Gəncədə yanğın hadisəsi qeydə alınıb. Hadisə şəhərin Vəli Xuluflu küçəsində baş verib. Həmin ünvanda yerləşən Cihazqayırma zavodunun ərazisində anidən yanğın başlayıb. Yanğın zavod ərazisindəki yağ  çəlləklərində olub. Dərhal hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin 6 yanğınsöndürən avtomobili, eləcə də 43 canlı qüvvəsi cəlb edilib. Yağ çəlləklərində baş vermiş yanğın  mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Hadisə yerinə baxış zamanı yanğının 1 ha ərazinin 100 kvm ərazisində baş verdiyi müəyyən edilib.

FHN-nin məlumatına görə, sahibkar Tahir Hüseynov tərəfindən ərazi icarəyə götürülüb və o, burada armatur istehsalı ilə məşğul olurmuş. Hadisənin isə hansı səbəbdən baş verməsi araşdırılır. 

Elnur Rzayev