• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1747
— 23.11.2023 15:57

"Şagird-məzun" sistemi ilə bağlı seminar təşkil edilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün seminarlar keçirilib. 2023/2024-cü tədris ili üzrə təsdiqlənmiş təqvim planı, buraxılış sinif məzunlarının yekun attestasiyası, şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı məlumatlar verilib. Seminarda iştirakçılar sistemin yeni funksional imkanları və istifadə qaydaları ilə əyani olaraq tanış olub, işin gedişində yarana bilən problemlərin aradan qaldırılması yolları izah edilib. Seminarda iştirakçıların müvafiq sualları cavablandırılıb. Növbəti analoji tədbir Şəmkirdə olacaq.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Mərkəzinin direktoru: “Bu sistem artıq fəaliyyətə başlamışdır. Yəni, yeni 2023\2024-cü tədris ili üçün. Deyə bilərik ki, əksər rayonlar şagirdlərin saylarını, xüsusən də buraxılış imhatanlarının tam şəkildə məlumatları 9 və 11-ci sinifdə həyata keçirilir və sistemə daxil edilir. Bu gün keçirilən imtahanda seminarda Gəncə şəhərinin 45 ümumtəhsil müəssisələrinin və burada yerləşən peşə liseylərinin əlaqələndiriciləri, eyni zamanda 9 rayon üzrə olan rayon təhsil sektorunun əlaqələndiriciləri iştirak edir”.

Orxan Cəfərzadə