• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 23.11.2023 13:29

MN-nin rəhbər heyətinin Gürcüstana işgüzar səfəri davam edir

KepezTV Player

Müdafiə nazirinin müavinləri Baş direktor Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirovun Gürcüstanda işgüzar səfəri davam edir. Müdafiə Nazirliyinin rəhbər heyəti Tbilisidə yerləşən “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzini ziyarət edib. Mərkəzdə keçirilən görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub. Şəxsi heyətin təntənəli keçidi olub. 

HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər

Döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrinin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər. 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib. Bundan başqa helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib. Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.