"2023-cü il Azərbaycan üçün xüsusilə əlamətdar il oldu. Otuz il ərzində ərazilərimizdə mövcud olan “boz” zonanı aradan qaldıraraq və separatizmə son qoyaraq ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etdik, bununla da beynəlxalq hüququn və ədalətin təntənəsini özümüz təmin etdik. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb. Prezident bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləyib. Bakıda təşkilata üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyası keçirilir. Tədbirdə konfransın sədri və büronun tərkibi seçiləcək.
- Baxış: 196