• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1910
— 22.11.2023 10:32

16 yaşlı tar ifaçısı

Bu dəfə sizə 16 yaşlı Fəridin istedadından danışmaq istəyirəm. Yaşının az olmasına baxmayaraq, o, Azərbaycanın milli aləti olan tarı mükəmməl şəkildə ifa edir. Tar ifa etməyi uşaqlıqdan öyrənən gəncimizin gələcəkdəki xəyalları da məhz elə bu sahə üzrədir. Fəridlə söhbətimiz zamanı bir nüans diqqətimi çəkdi. O, nəinki Azərbaycanda, həmçinin bütün dünyada öz ölkəsini təmsil etmək istədiyini qeyd etdi. Digər vurğuladığı vacib nüans isə tarın köklənməsinin əhəmiyyəti oldu. Çünki səsin daha yaxşı çıxması üçün bu vacibdir.

Fərid Həsənov – tar ifaçısı: "Bu sənəti öyrənmək yaxşıdır. Ona görə ki, əlində sənət olur. Həm də bu, Azərbaycanın öz alətidir. Bunu dünyaya yaymaq bizə də xoşdur. Məsələn, dünyada görürsünüz, piano gəlib bizə kimi çatıb. Bunu da dünyaya yaysaq, yaxşı olar".

Fərid tarda ifa etməyə başlayan ilk vaxtlarda həvəsi olmadığını, daha sonra yavaş-yavaş bu sahəyə marağının artdığını qeyd etdi.

Musiqi sevgi işidir, ruhdan hiss edilməlidir və ondan zövq almaq gərəkdir.

Fərid Həsənov – tar ifaçısı: "3-4 il bundan əvvəl evdə tara getməyim məsləhət görüldü. Mən ilk dəfə istəmirdim. Amma 1-2 gün getdim, gördüm, sevimli alətdir. Öz-özümdə maraq yaranmağa başladı. Notları, pərdələri, müəllimlə birlikdə öyrəndik. Belə-belə maraq yarandı.

Ülvi Cəfərov

ƏTRAFLI...