• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1183
— 23.11.2023 09:15

Zabuxa növbəti 25 ailə yola salınıb

KepezTV Player

Laçın rayonunun yenidən salınan Zabux kəndinə noyabrın 23-də daha 25 ailə - 93 nəfər köçürülüb. Abşeron rayonunda, Bakı və Sumqayıt ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaradağ rayonundakı yaşayış kompleksindən yola salınıb. Bununla da, Zabux kəndində 121 ailənin, yəni, 475 nəfərin daimi məskunlaşması təmin edilib.