• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 22.11.2023 14:55

İşğaldan azad edilmiş ərazilərlə bağlı yaşıl enerji konsepsiyası hazırlanıb

KepezTV Player

Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1688 meqavatdır ki, bu da ümumi gücün təqribən 20 faizini təşkil edir. Bu göstəricinin 2030-cu ilə qədər 30 faizə qədər artırılması planlaşdırılır. Bunu Bakıdakı SPECA İqtisadi Forumunda energetika nazirinin müavini Samir Vəliyev bildirib. Yaponiya şirkəti ilə birgə azad edilmiş ərazilərlə bağlı yaşıl enerji konsepsiyası hazırlanıb. İlkin araşdırmalara görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulidə günəş enerjisi üçün texniki potensial 7200 meqavatdan artıqdır. Laçın və Kəlbəcərdə külək enerjisinin texniki potensialının 2000 meqavatt olması qiymətləndirilir.