• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 841
— 22.11.2023 13:12

"Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı"

KepezTV Player

Prezident İlham Əliyev Böyük Britaniyanın dövlət katibinin müavini Leo Dokertini qəbul edib. Dokerti vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı. Dövlətimizin başçısı hazırda Azərbaycan-BP əməkdaşlığının bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyduğunu deyib və bunun region üçün çox gözəl nümunə olduğunu bildirib. Antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu bildirib. Qonaq da öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə edib.