• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 21.11.2023 19:22

Parisin müstəmləkə siyasəti müzakirədə

KepezTV Player

Prezident İlham Əliyev "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, 18 ölkədən 40-dan artıq təmsilçi növbəti dəfə Bakıya toplaşıb. Məqsəd, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəkləri dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində səyləri gücləndirməkdir.

Hikmət Hacıyev- Prezidentin köməkçisi: “Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir”.

"Bəşəriyyət yalnız özünün yox, başqalarının da dərdini görməlidir". Bunu Fransa “Les Oranj” dərnəyinin lideri Mhamed Kaki " Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. O, müstəmləkə siyasətinin hələ də davam etdiyinə diqqət çəkib. 

Mhamed Kaki- Fransanın "Les Oranges" dərnəyinin lideri: “Dekolonizasiya sözü bu gün çox böyük əhəmiyyət daşıyır. Müstəmləkə siyasəti hələ də qalır. Hər hansı bir dövlət öz azadlığını istədiyi zaman onu “şeytanlaşdırırlar”, hədəfə alırlar. Bunu da kim edir? Qərb, keçmiş müstəmləkəçilər. Fransa ordusu Əlcəzairdə dəhşətli qırğınlar, soyqırımılar törədib. Burada 40 min insanın ölümündən söhbət gedir. Əlcəzair xalqı anladı ki, müstəmləkədən qurtulmaq lazımdır”.

Martinika Azadlıq Partiyasının lideri Lyuk Frensis Kerol Milli mübarizədə artıq yeni feminizm fikrinin formalaşdığını, Korsikada qadın azalığı üçün səylərin gücləndiyini bildirib.

Lyuk Frensis- Martinika Azadlıq Partiyasının lideri: “Dünyada hələ də çoxlu sayda qadın zorakılığa məruz qalır. Mübariz korsikalılar çalışırlar ki, qadınların hüquqları təmin olunsun. Biz 2015-ci ildə seçkidə qalib gələndən sonra gender bərabərliyini təmin etməyə çalışmışıq. Həmin dövrə qədər Fransa hökuməti qadınların imkanlarından istifadə etməyə imkan vermirdi”.

Fransa Milli Assambleyasının üzvü Marsellen Nado ölkəsi olan Martinikanın müstəmləkəyə çevrildiyini, qadın və uşaqların xlordekon maddəsi ilə zəhərləndiyini vurğulayıb. O, qanunlara dəyişiklik edilməsinin vacibliyindən danışıb.

Konfransda bildirilib ki, Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə hələ də davam etdirilir. Bu siyasətdən  ən çox qadınlar travma alıb. Şiddət və çətinliklə üzləşən qadınlar ayağa qalxaraq azadlıq tələb edir. Hazırkı situasiyanı dəyişmək üçün isə iqtisadi güc və iradə lazımdır.

Azad Mustafayev