• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2027
— 21.11.2023 10:16

Zərgərlik

Mehdi Məmmədov- zərgər: "Uşaqlıq illərimdən bu işlə məşğul oluram. Qardaşım daha çox bu sənəti seçib, inkişaf etməyimdə dəstək olub. İncə sənətdir. Metallardan daha çox qızıl  və gümüşdən, daşlardan isə əlvan daşlardan istifadə edirik. Tələbat daha çox üzük və qolbaqlaradır. Gənclər də bu işə həvəslə yanaşırlar və hal-hazırda bu işi öyrənir və məşğul olurlar".

Məmmədov Elmar- tələbə zərgər: "Zərgərlik sənətinə uşaqlıqdan həvəsim var. Bir il Rusiyada öyrəndikdən sonra, artıq Azərbaycanda da bir ildir oxuyuram və müxtəlif məmulatlar hazırlayıram".

Zərgərlik sənəti artıq illərdir var və hələ də davam edir. Belə maraqlı bir sənətin gənclər tərəfindən qiymətləndiriliməsi də özünəməxsusluğu ilə seçilir.

Ürfanə Əzimova

 

ƏTRAFLI...