• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 21.11.2023 10:10

Gənclər arasında aqressivlik niyə artır?

Son vaxtlar edilən müşahidələrə əsasən gənclər arasında aqressiya özünü daha çox göstərir. Bəlkə də mübahisə müzakirə vaxtı yaranır? Bəs mübahisəsiz müzakirə üçün nələrə diqqət etməliyik? Bu haqda olan suallarımıza gənc müsahibimizlə birlikdə aydınlıq gətirəcəyik.

Nurcan Hüseynova– tələbə: “Aqressivliyin bir neçə səbəbi ola bilər. Ancaq fikrimcə, günümüzdə aqressivlik gənclər arasında azalıb. Çünki artıq gənclər müzakirə etməyi,  bir-birini dinləməyi bacarır. Əlavə olaraq, sosial şəbəkələri də misal göstərə bilərik ki, onlar da öz növbəsində gənclərin aqressivləşməsinə gətirib çıxarsın”.

Bunun üçün gənclər təşkilatlarında müxtəlif debatlar təşkil olunur. Bəs keçirilən debatlardan gənclər necə faydalanırlar?

Nurcan Hüseynova– tələbə: “Debatda biz bir-birimizi dinləməyi və danışmağı bacarmalıyıq. Eyni şəkildə mövzuya iki tərəfdən, iki perspektivdən yanaşdıqda  artıq mövzu ilə bağlı bir fikrimiz olur. Həm də qarşımızdakı insanı anlamağı, dinləməyi bacarmalıyıq. Bax elə bu da mübahisəsiz müzakirənin özü deməkdir”.

Münasibət anlayış göstərmək və başa düşülməkdir. Son dönəmlərdə insanların problem yaşadığı mövzu məhz budur. Birini anlamağın yolu, empatiya qurmaq, onun duyğularını anlamaq, onu dinləməkdir. Duyğuların və düşüncələrin başa düşülməsi münasibəti irəliyə aparır. Əvvəllər insanlar arasında olan o isti münasibət hələ də qalıbmı? Başqa cür desək, cəmiyyətə aid olan isti münasibət indi niyə soyuqlaşır? Səbəbi haqda gəncimizin maraqlı cavabını aldıq. 

Aysel Haclnəbiyeva – tələbə: “ Məncə, cəmiyyətə xas olan həmin isti münasibət soyuqlaşmayıb. Gənclərdən nümunə götürə bilərik ki, artıq get-gedə daha da sosiallaşırlar.  Və sosiallaşmaq üçün də Gəncədə “Gənclər evi” onların köməyinə çatır. Həmçinin, burda başqa təşkilatlar da var ki, gənclər bura gələrək, bir-biriləri ilə ünsiyyətdə olurlar. Bu da gənclərin soyuqlaşmasına yox, həmin münasibətlərin daha da möhkəmlənməsinə, sosiallaşmasına səbəb olur”.

Bəlkə də hər şey düşüncə tərzindən ibarətdir? Düşüncə inkişaf etdikcə, həyat haqqında məlumatlar artdıqca, insanı xoşbəxt edən nüanslar da artır. Çevrəmizi dəyişməkdən qorxmamalıyıq. Bizə çətinlik yaradan insanları həyatımızdan uzaqlaşdırmaq lazımdır. Çalışaq nə olur- olsun, kiməsə və nəyəsə görə əhvalımızı pozmayaq. Hər zaman poztiv qalmağınız diləyi ilə.

Lalə Bağırova

 

ƏTRAFLI...