• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 18.11.2023 19:57

Gəncə boksu hakimlik səviyyəsində

KepezTV Player

Şahin Nik-Nəcat, Mahir Hüseynov kimi Respublika dərəcəli hakimlərin yolunu hazırda Gəncədə Asif və Nəsrəddin Məmmədovlar davam etdirilər. Onların hər ikisi Azərbaycan Boks Federasiyasının hakimlər komitəsinin üzvüdür. Milli dərəcəli hakim kateqoriyasında olan referilər 2 ildir ki, rinqdə ədaləti təmsil edirlər. Gəncəli hakimlər bu müddət ərzində özlərini ən yaxşı tərəfdən göstərməyi bacarıblar. Və bu səbəbdən də daimi olaraq yarışlara dəvət alırlar.

Asif Məmmədov- hakim: “Gənclər arasında keçirilən respublika birinciliyində iki nəfər Gəncədən hakim iştirak elədik və orada ən yaxşı hakim adına laiq görüldüm. Bizim boksçularımız Gəncə şəhərindən 2 bürünc və bir qızıl medalla qayıtdıq. Yarışlarda hakimlərlə bağlı seminarlar keçirilirdi. Beynəlxalq səviyyəli hakimlər var idi. Elə Supervayzerimiz, Olimpiadada çıxış edən hakim idi. Onların bizə göstərdiklərini, izah etdiklərini biz tətbiq elədik”.

Nəsrəddin Məmmədov- hakim: “Özüm idmançı olmuşam. Avropa çempionu olmuşam, dəfələrlə beynəlxalq yarışlarda iştirak etmişəm. İdmanı buraxdıqdan sonra hakimlik fəaliyyətinə başlamışam. Buna həvəsim olduğu üçün 2-3 ildir ki, hakimlik fəaliyyətinə başlamışam”.

Yeri gəlmişkən, Nəsrəddin Məmmədov oktyabrda Belarusiyanın paytaxtı Minskdə keçirilən Beynəlxalq turnirdə hakim qismində Azərbaycanı təmsil edib. Qarşıda hakimlərimizi digər beynəlxalq turnirlər gözləyir.

Asif Məmmədov- hakim: “Yaxşı hakim seçildiyimizə görə ABF bizi beynəlxalq turnirə göndərir. 20-27-də Qazaxstanda Karaqanda şəhərində keçiriləcək yeniyetmələr arasında beynəlxalq turnirdə Azərbaycanımızı hakim kimi təmsil edəcəyəm”.

Gəncəli hakimlər mütəmadi olaraq öz üzərlərində çalışırlar, bilik və bacarıqlarını yüksək səviyyəyə çıxartmağa səy göstərirlər. Beynəlxalq boks təşkilatlarının tələblərinə cavab verən qaydaları mənimsəyirlər. Hakimlərin əməyinin qiymətləndirilməsi isə onların inkişafı və özlərini  təkmilləşdirməsi üçün əlavə stimul yaradır.

Ramin Paşayev