• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 14.11.2023 13:05

Ümumdünya Diabet Günü

Sağlam qidalanmamaq bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstəliklərdən biri də diabet xəstəliyidir. Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən 14 noyabr Ümümdünya Diabet Günü kimi qeyd olunur. Diabet günün simvolu olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini ifadə edir. Hər il müxtəlif şüarlar altında keçirilən ÜDB-nün dəyişməz amalı “Güc birlikdədir”. Şəkərli diabet xəstəliyinin təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılmasıdır. Gənclərin bir çoxu daha tez, rahat və dadlı yemek məqsədi ilə fastfud qidalara üstünlük verirlər. Düzgün qidalanmamağın nəticəsində isə gənclər passiv həyat tərzinə keçid edirlər. Tənbəlləşirlər.

Fərid Abbasov- tələbə: “Sağlam yaşamaq hər bir gəncin məqsədi olmalıdır, ancaq bunun üçün çox çalışmaq lazımdır. Gənc olaraq deyə bilərəm ki, işlərimizə daha çox zaman ayırdığımız üçün sağlamlığımıza diqqət edə bilmirik. Əksər gənclər də tələbə olduğu üçün çox zaman hazır qidalar olan fastfud qidalara üstünlük veririk, bu da sağlamlıq üçün zərərlidir”.

Bu xəstəlik qanda şəkərin hamısını emal edə bilmədiyi vaxt  başlayır. Gənclər arasında belə düşünüləndən ağır fəsadlarla özünü büruzə verir. Gənclərin telefon və kompüter arxasında daha çox zaman keçirməsi onlarda aktiv olmayan həyat tərzini sürətləndirir. 

Tofiq Quliyev– tələbə: “Sağlamlıq problemlərinin olmasının əsas səbəbi sağlam həyat sürməməkdir. Bu da daha çox telefon kompüter arxasında zaman keçirdikdə aktiv olmayan həyat  tərzinə səbəb olur”.

Şəkərli diabetin yaşı artıq gəncləşib. Təəssüf ki, gənc yaşda qeyri-sağlam həyat sürməyin nəticəsi kimi həyatımızın mərkəzində yer almağa başlayıb. Və gənclərin qidalanmasına, yuxu rejiminə belə mənfi təsir edir. Bəs necə edək ki, qarşısını alaq?

Tofiq Quliyev- tələbə: "Gündəlik qida rasionumuza diqqət etməklə, idmanla məşğul olmaqla sağlam həyata başlaya bilərik".

Diabet genetik faktorlardan və ətraf mühit faktorlarından asılıdır, lakin sağlam pəhriz saxlamaqla və aktiv həyat tərzi sayəsində qanda şəkərin səviyyəsinə nəzarət etməklə daha sağlam və rahat həyata davam edə bilərik. Əziz gənclər, gəlin “sağlam bədəndə, sağlam ruh olar” deyərək, sağlam həyat tərzinə başlayaq.

Ürfanə Əzimova

ƏTRAFLI...