• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2175
— 12.11.2023 18:14

Xəzərdə iki balıqçı itkin düşüb, axtarışa helikopter cəlb olunub

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 balıqçının itkin düşməsi barədə məlumat daxil olub. Nazirliyin Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub. Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun xilasetmə tədbirləri davam etdirilir.