• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 11.11.2023 19:27

Qanunsuz saxlanılan ov silahları polisə könüllü təhvil verilib

KepezTV Player

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könülllü təhvil veriblər. Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.