• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1841
— 08.11.2023 15:33

Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb

KepezTV Player

Azərbaycanın Zəfər Gününün üçüncü ildönümündə Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri Bulvarı” adı verilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən açıqlanıb.

Tbilisidə Zəfər Günü ilə bağlı aksiya keçirilir

Zəfər Günü ilə əlaqədar Gürcüstanın paytaxtı Tbilisidə məlumatlandırma aksiyası keçirilir. Üzərində Şuşanın, "Xarıbülbül"ün, Xənkəndinin fotolarının əks olunduğu LED ekranlı avtomobil şəhərin mərkəzi küçə və prospektlərində hərəkət edir. Aksiya bu gün gecə saat 12-ə qədər davam edəcək.

Nyu-Yorkda Azərbaycanın Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası təşkil edilib

Nyu-Yorkun məşhur “Times Square” meydanında və digər ərazilərində də 8 Noyabr – Zəfər Gününə həsr olunan məlumatlandırma aksiyası təşkil edilib. Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Minalardan azad həyat” kimi şüarları və qısa məlumatları əks etdirən LED-ekranlı avtomobil küçələrdə hərəkət edib.

İsrail səfirliyi Zəfər Günü ilə bağlı paylaşım edib

İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr Zəfər Günü ilə bağlı paylaşım edib. “Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq”, - deyə paylaşımda bildirilib.