Uşaq yaşlarından yaşadığımız çətinliklər, böyüyəndə dərsə çevrilən problemlər. Bəzən həyatın müəyyən üzləriylə daha tez rastlaşmalı oluruq. Bu da bəzi vaxtlarda yorulmağımıza eyni zamanda tükənməyimizə belə gətirib çıxardır. Biz də bu gün “Gəncəm” olaraq soruşuruq. Uşaq yaşlı sənətkarlara iş həyatı nə öyrədir?
Nərmin Abbaszadə- dirnaq ustası: Uşaq yaşlarımdan hər kəs kimi müəyyən çətinliklərlə rastlaşmışam. Amma bu o demək deyil ki, arzularımdan əl çəkim. Əksinə onlar üçün əlimdən gələn hər şeyi edirəm.
Müsahibimizin dediklərinə əsasən deyə bilərik ki, hər insan arzularının arxasınca qaçmalıdır. Əgər qəlbdən bunu həqiqətən istəyirsənsə gözəllikdir? Düşünürəm ki, hər kəs nə vaxtsa bu barədə düşünüb. Və təbii ki, bu anlayışın müxtəlif mənaları var. İnanıram ki, fərqli ola bilər: xarici və daxili. Xarici gözəllik gözümüzlə gördüyümüz, xarici görünüşü ilə bizi cəlb edən şeydir. Daxili gözəllik görünməyən, ancaq hiss oluna bilən gözəllikdir. Təəssüf ki, bu anlayışların hər ikisi həmişə birlikdə mövcud olmur. Məsələn, zahiri gözəl olan insan daxildə çox pis ola bilər. Təbii gözəlliyi olmayan insan isə mehriban və dürüst ola bilər. Ancaq daxili gözəlliyin qeyri-adi bir xüsusiyyəti var - insanda harmoniya yaradır, yəni onu tamamlayır. Daxili gözəllik insanı təkcə daxili deyil, həm də zahiri gözəlləşdirir.
Nərmin Abbaszadə-dırna ustası: Dırnaq ustası olmaq istəyən şəxs mütləq şəkildə bunun kurslarına getməli və mütəxəssislərdən öyrənməlidir.
“Gözəllik ondur, doqquzu dondur” deyiblər. Biz isə xarici gözəlliklə yanaşı daxili zənginləşdirən amillərə də yön verməyi bacarmalıyıq.Bunlardan biri də məhz təhsildir. Təhsil insanın gələcəyidir və bizə yön verir. Bu barədə ətraflı danışmaq üçün müsahibimizin yanına yollandıq.
Tellan Zeynalova
- Baxış: 131