• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 07.11.2023 21:02

Regionda jurnalistikanın inkişafı müzakirə edilib

KepezTV Player

Gəncədə bölgədə fəaliyyət göstərən media subyektlərinin nümayəndələri və jurnalistlərlə görüş keçirilib. “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində təşkil edilən görüşün məqsədi regional medianın inkişafının stimullaşdırılması və onun dayanıqlı inkişaf mexanizminin formalaşdırılmasıdır. Həmçinin, bölgələrdə fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platformasının yaradılması, müəyyən edilən istiqamətlər əsasında diskussiyaların təşkili və diaqnostik icmalın hazırlanmasıdır. Medianın İnkişafı Agentliyi tərəfindən reallaşdırılan layihə çərçivəsində 60-a yaxın region gəncinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim də keçirilib.

Aişə Rzayeva