• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 07.11.2023 21:00

Prezident və birinci xanım Kəlbəcər və Şuşaya səfər ediblər

KepezTV Player

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Kəlbəcər rayonunun Vəngli kəndində olublar. İşğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər. Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.

Dövlət başçısı və xanımı Mehriban Əliyeva Şuşaya gəliblər. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri və “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlər ilə tanış olublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qala divarına və ətraf əraziyə baxıb, Heydər Əliyev Fondu tərəfindən Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub. “Yasəmən” otelinin açılışında iştirak ediblər. Azərbaycan Prezidenti və birinci xanım Şuşada peşə məktəbinin və kollecin binasına baxıblar. Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri tanış olublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsa bulağında olublar.

Azad Mustafayev