• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 07.11.2023 20:53

"Xalqın Zəfəri" adlı bayram konserti

KepezTV Player

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon Təhsil sektoru ilə birgə bayram tədbiri təşkil edib. Zəfər Günü ilə əlaqədar Çobanabdallı kənd tam orta məktəbində baş tutan "Xalqın Zəfəri" adlı tədbirdə Vətən müharibəsinin yaşatdığı şanlı qələbədən danışılıb. Samux məktəbliləri müxtəlif kompozisiyalar nümayiş etdiriblər. Rayonun 33 məktəbi, 18 uşaq bağçası və 2 məktəbdən kənar təhsil müəssisənin kollektivləri tarixi zəfərimizi tərənnüm edən səhnəciklər və rəqslər ifa ediblər, şerlər və mahnılar səsləndiriblər. Tədbir boyu nümayiş etdirilən vətənpərvərliyi, milli adətləri özündə əks etditən kompozisiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb və xoş ovqat yaradıb. Zəfər Günü ilə əlaqədar Samuxun bütün təlim-tərbiyə müəssisələrində silsilə bayram tədbirləri təşkil olunub.

rvin Abbaszadə