• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 07.11.2023 20:24

Zəfər bayramı böyük sevinclə qeyd edilir

KepezTV Player

44 günlük Vətən müharibəsinin üçüncü ildönümü ilə əlaqədar Naftalan şəhərində tədbir təşkil olunub. Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış, daha sonra Vətən müharibəsi mövzusunda hazırlanan sərgiylə tanışlıq olub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündan söz açılıb. 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinin tarixi əhəmiyyəti vurğulanıb. Haqq savaşının Azərbaycanın qələbəsi, düşmənin darmadağın edilərək kapitulyasiyası ilə sona çatdığı diqqətə çatdırılıb. Tədbir konsert proqramı ilə davam edib, konsertdə xüsusi qonaq qismində iştirak edən hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, həmçinin yerli müğənnilər öz ifalarını təqdim ediblər. Sonda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanan xatirə hədiyyəsi şəhid ailələrinə təqdim edilib.

Fərid Mehdiyev