Gəncədə Şəhər İcra Hakimiyyəti tərəfindən "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirilib. Öncə hərbi geyimdə olan şagirdlər üçrəngli bayrğımızı tədbirə gətirib. Ardından üç il öncə qazanılan şanlı qələbəmizdən danışılıb. 30 il işğalda olan torpaqlarımız, Ali baş komandanın rəhbərliyi ilə azad edildi. Bununla da tariximizə Zəfər Günü yazıldı. Bu gün xalqımız azad ölkənin azad vətəndaşları kimi yaşayır. Güclü dövlətimizin apardığı siyasət nəticəsində Qarabağımızda abadlıq-quruculuq işləri aparılır. Torpaqlarımızdan qovulan soydaşlarımız indi öz ata-baba yurdlarına qayıdır. Bu gün hər bir Azərbaycan vətəndaşı bu tarixi anlara qürurla şahidlik edir. Tədbirdə şəhər məktəblilərinin nümayiş etdirdikləri ədəbi-bədii kompozisiya maraqla izlənilib.
Rza Ələsgərov- Vətən müharibəsinin iştirakçısı: “Könüllü olaraq müraciət elədim. Müəllim kimi fəaliyyətimi dayandırıb, Azərbaycan əsgəri kimi ön cəbhəyə getdim. Şanlı bir qələbə qazandıq. Bu gün də biz şanlı qələbəni qeyd edirik”.
Elnur Rzayev
- Baxış: 286