KepezTV Player
Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkarlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, noyabrın 7-də Xıdırlı kəndində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü aşkar olunub. Faktı ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 271